İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir.

Postxronika.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İsrail artilleriya bölmələri Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şərqində yerləşən bir sıra əraziləri atəşə tutub.

Eyni zamanda İsrail döyüş təyyarələri Rəfah şəhərinə, xüsusilə də qərb istiqamətində hava zərbələri endirib. Qəzza şəhərinin şərqində yerləşən Tuffah məhəlləsinin bəzi hissələri də artilleriya atəşinə məruz qalıb, hərbi texnika və helikopterlərdən təsadüfi atəş açılıb. Bildirilir ki, İsrail təyyarələri Qəzza zolağının mərkəzində yerləşən Bureyc Qaçqınlar Düşərgəsinin şərq istiqamətlərini də hədəf alıb. Hadisələr nəticəsində dağıntılar barədə məlumat verilsə də, itkilərlə bağlı rəsmi açıqlama verilməyib.