ABŞ Prezidenti Donald Tramp İranla mümkün hərbi qarşıdurma və diplomatik proseslə bağlı açıqlamalar verib.
Postxronika.az xəbər verir ki, Tramp İranın razılaşma əldə etmək istədiyini, bununla bağlı dəfələrlə əlaqə saxladıqlarını bildirib və diplomatiyanın hələ də seçim olaraq qaldığını deyib. O, İran yaxınlığında ABŞ-nin güclü hərbi donanmasının yerləşdiyini vurğulasa da, danışıqların mümkünlüyünü istisna etməyib. Tramp 2025-ci ilin iyununda İran–İsrail arasında baş verən 12 günlük müharibədən əvvəl Tehranın raket potensialının ciddi təhlükə yaratdığını və İsrailə ilk zərbə üçün razılıq verərək bunun qarşısını aldığını iddia edib. ABŞ prezidentinin sözlərinə görə, müharibənin ilk günündə İran ciddi itkilər verib və hərbi rəhbərliyinin bir hissəsini itirib. Açıqlamada həmçinin İran daxilində baş verən etirazlar, internet məhdudiyyətləri və etirazlar zamanı minlərlə insanın həlak olması ilə bağlı fərqli mənbələrin açıqladığı rəqəmlərə də diqqət çəkilib.