Keniyalı ətraf mühit fəalı Truphena Muthoni 3 gün ərzində bir ağaca sarılaraq Ginnesin Dünya Rekordu-nu qırıb.


Postxronika.az "NTV"yə istinadən xəbər verir ki,  Truphena Muthoni ətraf mühitin məhv edilməsinə diqqət çəkmək üçün maraqlı bir rekorda imza atıb.


O, 72 saat boyunca bir ağaca sarılı vəziyyətdə qalaraq Ginnesin Rekordlar Kitabına düşməyə nail olub.
Ginnesin Dünya Rekordları Muthoni’nin uğurunu belə xarakterizə edib:
“Keniyalı bir ətraf mühit fəalı üç gün ərzində bir ağaca sarılmaqla Yer kürəsini qorumaq mövzusunda güclü bir mesaj verdi".