Rusiyanın son raket və dron zərbələri nəticəsində Ukraynanın ikinci ən böyük şəhəri Xarkov və ətraf bölgələr kəskin şaxtalı havada enerjisiz qalıb, tarixi Kiyev-Peçersk Lavrası isə zərər görüb. Paytaxt Kiyev də daxil olmaqla, ölkənin enerji infrastrukturu hədəf alınaraq əhali rekord soyuqlarla üz-üzə qoyulub.

Postxronika.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Ukraynanın son on ilin ən sərt qışı ilə mübarizə apardığını bəyan edib. Siyasi kuluarlarda yayılan məlumatlara görə, Tramp administrasiyası Kiyevə təhlükəsizlik zəmanəti vermək üçün Donbasdan imtina edilməsini və qoşunların geri çəkilməsini şərt kimi irəli sürür. Cəbhədə isə Rusiya qüvvələrinin irəliləməsi ilə yanaşı, döyüşlərdə Şimali Koreya və Banqladeşdən cəlb edilən muzdluların kütləvi iştirakı və itkiləri diqqət çəkir.