Dünya kinosunun nüfuzlu mükafatlarından biri üçün namizədlərin siyahısı elan edilib və bu ilki yarışda "Günahkarlar" (Sinners), "Frankenşteyn" və "Marty Supreme" filmləri liderlik edir.
Postxronika.az xəbər verir ki, Maykl B. Cordan və Cessi Plemonsun əsas aktyorluq uğrunda mübarizə apardığı siyahıda Pol Meskal və Ceykob Elordi kimi ulduzlar köməkçi rollara görə fərqləniblər. Texniki nominasiyalarda isə "Avatar: Atəş və Kül", "F1" və "Əjdahanı necə əhlilləşdirməli" kimi iribüdcəli layihələr vizual effektləri ilə diqqət mərkəzindədir. Emili Uotson və Keri Mulliqan kimi tanınmış aktrisaların yer aldığı qadın nominasiyalarında da gərgin rəqabət hökm sürür. Bundan əlavə, ictimaiyyətin səsverməsi ilə müəyyənləşən "EE Yüksələn Ulduz" mükafatı gənc istedadlardan birinə təqdim olunacaq.