"Bayer"in sabiq çalışdırıcısı Xabi Alonsonun adı yenidən "Liverpul"la hallanır və ispaniyalı mütəxəssis İngiltərə klubuna gələcəyi təqdirdə rəhbərlik qarşısında konkret tələblər qoyub.
Postxronika.az xəbər verir ki, "Indykaila News"un məlumatına görə, gənc məşqçi Mersisayd təmsilçisində işə başlayacağı təqdirdə heyətin ciddi şəkildə gücləndirilməsini istəyib. Alonsonun transfer siyahısında "Tottenhem"dən Miki van de Ven, "Kristal Pelas"dan Adam Uorton, PSJ-dən Bredli Barkola və "Bavariya"dan Maykl Olisenin olduğu bildirilir. Artıq tərəflər arasında ilkin danışıqların müsbət keçdiyi və mütəxəssisin sabiq komandasına qayıtmağa isti yanaşdığı vurğulanıb.