Hazırda "Rosario Central"da çıxış edən məşhur futbolçu Anxel Di Maria sabiq komanda yoldaşı Kriştiano Ronaldonun peşəkarlığından danışıb və onu Lionel Messi ilə müqayisə edib. "Benfika", "Real", "Mançester Yunayted" və PSJ kimi nəhənglərin şərəfini qorumuş ulduz yarımmüdafiəçi portuqaliyalı həmkarının iş etikasına heyran olduğunu gizlətməyib.

Postxronika.az xəbər verir ki, "AS" nəşrinə açıqlama verən argentinalı oyunçu Ronaldonu zəhmətkeşliyinə görə bir nömrə adlandırsa da, onun Leo ilə rəqabətdə şanssız olduğunu vurğulayıb. Di Maria bildirib ki, Kriştiano daim zirvədə qalmaq üçün çox çalışsa da, qarşısında Tanrı vergisi olan təbii istedada malik bir dahi var idi. O, Ronaldonun məhz Messi dövrünə düşməsini onun məqsədlərinə çatması yolunda ən böyük maneə kimi qiymətləndirib.