İmişli şəhərində baş verən yanğın hadisəsinin qanlı qətl faktını ört-basdır etmək məqsədilə törədildiyi üzrə çıxıb.
Postxronika.az "APA"ya istinadən xəbər verir ki, yanvarın 26-da alovlar içindən tapılan 69 yaşlı Sədrəddin Fərəcovun meyiti müayinə edilərkən onun bədənində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi təxirəsalınmaz əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnarə Cəfərova dərhal saxlanılıb. İstintaqın ilkin ehtimalına görə, qadın törətdiyi cinayətin izini itirmək üçün evi qəsdən yandırıb.
Faktla bağlı rayon prokurorluğunda "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb və E.Cəfərova şübhəli şəxs qismində həbs edilib. Hazırda hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalar davam etdirilir.