Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən paytaxt ərazisində uğurlu birgə əməliyyat tədbiri həyata keçirilib. 


Postxronika.az xəbər verir ki, Penitensiar xidmətin əməliyyat aparatı və DİN nümayəndələrinin keçirdiyi axtarışlar nəticəsində Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən məzarlıqda torpağa basdırılmış silah-sursat tapılıb. 


Məlumata görə, tapıntılar bir məhkumun həbs olunmazdan əvvəl gizlətdiyi nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" avtomatı, bir ədəd daraq və 29 ədəd 7,62 kalibrli patronundan ibarətdir. Hüquq-mühafizə orqanları tərəfindən götürülən hərbi qənimətlər müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.