Bu gün “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində son oyununa çıxacaq.
Postxronika.az xəbər verir ki, Azərbaycan təmsilçisi VIII tur çərçivəsində “Liverpul”un qonağı olacaq. Bu, komandaların ilk üzləşməsi olacaq. Ağdamlılar indiyə kimi İngiltərə klublarına qarşı keçirdiyi 8 görüşdən 1-də sülhə razılaşıb, 7-də uduzub.
Hazırda 10 xalı olan “Qarabağ” 18-cidirsə, 15 xal toplayan “Liverpul” 4-cü yerdə qərarlaşıb.
“Enfild”də slovakiyalı İvan Krujlyakın idarə edəcəyi matç saat 00:00-da start götürəcək.