Ölkə ərazisində gözlənilən intensiv yağış və qar yağışı ilə əlaqədar yollarda hərəkətin çətinləşəcəyi proqnozlaşdırılır.

Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti səbəbindən hərəkət iştirakçılarını maksimum ehtiyatlı olmağa çağırıb. Qurum sürücülərə sürət həddini minimuma endirməyi və nəqliyyat vasitələri arasında yetərli ara məsafəsi saxlamağı tövsiyə edir. Kəskin manevrlərdən qaçınmaqla yanaşı, avtomobillərin təkər, əyləc və işıq sistemlərinin sazlığına xüsusi diqqət yetirilməlidir. Piyadaların da yollarda diqqətli olması, təhlükəsizlik qaydalarına ciddi riayət etməsi vacibdir.

Unutmayaq ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi hər bir vətəndaşın məsuliyyətidir.

Həvva Cəbrayılova