​Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən son əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Postxronika.az xəbər verir ki, yanvarın 27-də polis əməkdaşları ümumi çəkisi 76,1 kiloqramdan artıq olan narkotik maddəni aşkar edərək müsadirə ediblər. Əməliyyat zamanı həmçinin 1522 ədəd güclü təsiredici xüsusiyyətə malik həb də qanunsuz dövriyyədən kənarlaşdırılıb. Maddi sübutlar müvafiq qaydada götürülərək ekspertizaya təqdim olunub.

Hazırda bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri və araşdırmalar aramsız şəkildə davam etdirilir. 

Hüseyn Rəşadoğlu