​Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın tapılması istiqamətində növbəti əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.

Postxronika.az xəbər verir ki, yanvarın 27-də paytaxt və respublikanın müxtəlif rayonlarında aparılan yoxlamalar zamanı külli miqdarda hərbi arsenal aşkar edilib. Polis əməkdaşları tərəfindən 3 avtomat silahı, 22 tüfəng, həmçinin 2 patron darağı və 76 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb. Bütün sursatlar müvafiq qaydada sənədləşdirilərək ekspertizaya təhvil verilib. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik nəzarət gücləndirilib.