ABŞ Prezidenti Donald Tramp Suriya ilə bağlı “böyük bir problemin” həll edildiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, Tramp Fox News-ə müsahibəsində Dövlət katibi Marko Rubio ilə birlikdə bu məsələ üzərində çalışdıqlarını və nəticədə bir çox insanın həyatının xilas edildiyini bildirib. ABŞ lideri Rubionun prosesdə yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulasa da, həll olunan mövzu ilə bağlı detalları açıqlamayıb. Tramp həmçinin bir gün əvvəl Suriya Prezidenti Əhməd Şara ilə “çox yaxşı” görüş keçirdiyini qeyd edib. Onun sözlərinə görə, Suriya və ümumilikdə regionla bağlı aparılan siyasət müsbət istiqamətdə davam edir.