İki yaşlı Jude bilyardda inanılmaz bacarığı ilə iki Ginnes Dünya Rekordu qırıb.
Postxronika.az xəbər verir ki, ötən ilin oktyabr ayında 2 yaş 302 günlük ikən etdiyi “bank shot” (bantdan vuruş) ilə bu texnikada rekorda imza atan ən azyaşlı olub. Bundan cəmi beş həftə əvvəl 2 yaş 261 günlük ikən “double pot” (iki yuvalı vuruş) rekordunu da qırmışdı və rəsmi olaraq hər iki texniki vuruşu yerinə yetirərək rekord qırıb. Jude eyni zamanda peşəkar sponsor müqaviləsi imzalayan ən gənc bilyardoçu kimi də tarixə düşüb. Atası Luke Owens oğlunun bacarığını bilyard çubuğunu tutarkən aşkar etdiyini bildirir. Guinness Dünya Rekorları rəhbəri Craig Glenday isə Jude-un göstərdiyi istedad və əzmin nadir olduğunu vurğulayaraq onu rekorlar ailəsinə qəbul etmələrindən məmnunluq duyduqlarını deyib.