Türkiyəyə səfər edən Nigeriya Prezidenti Tinubu Prezident Rəcəb Tayyib Ərdoğanla Prezidentlik Kompleksində görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Postxronika.az xəbər verir ki, Tinubu Nigeriya adından Türk xalqına və Prezident Ərdoğana təşəkkürünü bildirib və “İş birliyi etməyə hazır olduğunuz üçün ayrıca minnətdaram” deyib. O, iki ölkə üçün mühüm məsələləri müzakirə etdiklərini qeyd edərək ticarət, ikili vergiləndirmənin qarşısının alınması və bəzi maneələrin aradan qaldırılması kimi mövzulara toxunduqlarını bildirib. Tinubu həmçinin Afrika qitəsinin sabitliyi və sülhünə töhfə verə biləcək imkanlardan danışıb və Nigeriyanın qitənin mərkəzindəki rolunu vurğulayıb. Terrorla mübarizə mövzusunun da gündəmə gəldiyini qeyd edən prezident, bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, demokratiya, azadlıq və rifah sahəsindəki öhdəliklərini də qeyd edərək Somali məsələsində verdiyi dəstəyə diqqət çəkib.