Bakı metropoliteninin gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən yaşıl və qırmızı xətlərin ayrılması layihəsi real icra mərhələsinə keçib.
Postxronika.az xəbər verir ki, bu proses təkcə xətlərin ayrılmasını deyil, ümumilikdə 6 mühüm komponentdən ibarət kompleks yenidənqurma işlərini əhatə edir. Hazırda tikinti planı çərçivəsində yeni tunellərin qazılması və "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında əlavə piyada keçidinin inşası sürətlə davam etdirilir. Bu mühüm infrastruktur dəyişikliyi qatarların hərəkət qrafikindəki asılılığı aradan qaldıraraq intervalların optimallaşdırılmasına imkan verəcək. Layihənin reallaşması paytaxtın yeraltı nəqliyyat sistemində sərnişindaşıma keyfiyyətini və təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəldəcək. Görülən işlərin texniki təfərrüatları və gedişatı ilə bağlı görüntülər təqdim olunan xüsusi video-materialda əks olunub.