​Binəqədi rayonu ərazisində iki fərdi yaşayış evinə qanunsuz daxil olaraq vətəndaşlara külli miqdarda ziyan vuran şəxslər saxlanılıblar.

Postxronika.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri izi itirmək məqsədilə daxil olduqları mənzillərin təhlükəsizlik kameralarını sındıraraq məhv ediblər. Buna baxmayaraq, polis əməkdaşlarının peşəkarlığı sayəsində zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vuran şəxslərin kimliyi qısa müddətdə müəyyən olunub.

Hazırda hadisənin bütün təfərrüatlarının üzə çıxarılması üçün istintaq tədbirləri davam etdirilir.