ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi təzyiqi artıraraq bölgəyə nəhəng bir donanmanın göndərildiyini elan edib.

Postxronika.az xəbər verir ki, "Truth Social" hesabında paylaşım edən Tramp Tehran rəhbərliyini təcili şəkildə masaya oturmağa və nüvə silahından imtina etməyə çağıran "Anlaşma əldə edin" mesajını yayımlayıb.


Başında "Abraham Lincoln" aviadaşıyıcısının durduğu bu donanmanın Venesuelaya göndərilən qüvvələrdən daha böyük olduğunu vurğulayan Ağ Ev rəhbəri ordunun lazım gələrsə, "sürət və şiddətlə" hərəkət etməyə hazır olduğunu bildirib.

Tramp xatırladıb ki, əvvəlki xəbərdarlıqlara məhəl qoyulmaması İranın böyük dağıntısına səbəb olan "Gecə yarısı çəkici" operasıyası ilə nəticələnmişdi. O, növbəti mümkün hücumun daha ağır olacağını qeyd edərək Tehranın zamanının daraldığını xüsusi vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin iyununda ABŞ İrana məxsus üç nüvə obyektinə "sığınacaq dağıdan" bombalarla zərbələr endirərək bölgədəki hərbi balansları dəyişmişdi.