Yeni bir araşdırmaya görə, obezlik diaqnozu qoyulan şəxslərdə ağız daxili bakteriya quruluşunun sağlam insanlarla müqayisədə daha fərqli olduğu müəyyən edilib.
Postxronika.az "Sabah" a istinadən xəbər verir ki, bu mikrobiomdakı dəyişiklik obezliyin erkən diaqnostikası və qarşısının alınmasında istifadə oluna bilər.
Nyu-York Universitetindən Aashish Jha və komandası Birləşmiş Ərəb Əmirliklərində yaşayan 628 yetkin şəxsdən götürülmüş tüpürcək nümunələrini araşdırıb. Araşdırmanın nəticələrinə görə, obez insanların ağız mühiti daha turşulu, karbohidrat baxımından zəngin və iltihablı bir quruluşa malikdir.
King’s College Londonun mütəxəssisi Lindsey Edwards isə bu tədqiqatın obezliklə ağız mikrobiyomu arasındakı əlaqəyə dair indiyə qədər əldə edilmiş ən güclü sübutlardan biri olduğunu bildirib.