"TikTok"da ən çox izlənən kontent istehsalçılarından biri olan Khaby Lame Step Distinctive Limited şirkətindəki paylarının bir hissəsini 975 milyon dollara satıb.
Postxronika.az "NTV" yə istinadən xəbər verir ki, Lame-in "TikTok"da 160 milyon izləyicisi var.
"Hollywood Reporter" nəşrinin məlumatına görə, Honq Konq mərkəzli maliyyə şirkəti Rich Sparkle Holdings Lame-in şirkətində pay alıb. Bu satınalma şirkətə Khaby Lame-in markası üzərində 36 ay müddətinə qlobal miqyasda müstəsna hüquqlar qazandıracaq. Şirkət bu dövrdə "TikTok"dakı 160 milyon izləyicidən ibarət fanat bazasından istifadə etməyi planlaşdırır.
Şirkət açıqlamasında bildirib ki, Khaby Lame-in fanat bazasına əsaslanan kommersiyalaşdırma illik 4 milyard dollardan çox satış gəliri yarada bilər.
Həmçinin qeyd olunub ki, tiktokerin dünya üzrə bütün sosial platformalarda ümumilikdə 360 milyon izləyicisi var.
Qeyd edək ki, Khaby Lame gündəlik həyatdan ipucları göstərən sözsüz videoları sayəsində məşhurlaşıb.