UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda ‘’Barselona’’ doğma meydanda ‘’Kopenhagen’’ni qəbul edib.
Qonaqlar 4-cü dəqiqədə Viktor Daoasonun fərqlənməsi ilə matça erkən qolla başlayıb.
İlk hissə Danimarka təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.
Robert Levandovski 48-ci dəqiqədə hesabı bərabərləşdirib.
Lamin Yamal 60-cı dəqiqədə ‘’Barsa’’nı hesabda önə keçirib.
69-cu dəqiqədə ‘’Kopenhangen’’in qapısına penalti təyin edilir.Rafinya hədəfi dəqiq nişan alaraq hesab arasındakı fərqi 2 topa çıxarıb.
Markos Reşford oyunda son nöqtəni qoyaraq hesabı 4:1 edib.
Qeyd edək ki, ‘’Barselona’’ UEFA Çempionlar Liqasının qrup mərhələsini 5-ci pillədə bitirib.
Ayaz Zeynalzadə