İranın Hörmüzqan əyalətinin Sirik rayonunda təhlükəsizlik qüvvələrinin dəniz bölmələri avtomobili təqib edərkən atəş açıb. Hadisə zamanı yol kənarında olan 9 yaşlı bəluc uşaq güllə yarası alaraq hadisə yerində həyatını itirib.

Postxronika.az xəbər verir ki, uşağın ölümündən sonra ərazi sakinləri təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya giriblər. Baş verən iğtişaşlar zamanı ən azı iki xidməti avtomobil yandırılıb. Toqquşmalar nəticəsində təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ağır yaralanıb.