"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşa biləcəkləri PSJ və ya "Nyukasl"la oyunlar barədə danışıb.
Postxronika.az xəbər verir ki, təcrübəli mütəxəssis hər iki klubun özünəməxsus üslubu olduğunu və rəqibdən asılı olmayaraq matça ciddi hazırlaşacaqlarını vurğulayıb.
Ağdam təmsilçisi son turda "Liverpul"a 0:6 hesabı ilə uduzsa da, tarixində ilk dəfə turnirin bu mərhələsinə adlamağı bacarıb. Növbəti rəqibin bəlli olacağı püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Həlledici görüşlərin isə 2026-cı ilin fevral ayının 17-18-i və 24-25-də oynanılması nəzərdə tutulub.