Bu gün ABŞ-nin Nevada ştatında start götürən "CES 2026" sərgisi texnologiya dünyasının nəhənglərini bir araya toplayıb. Sərgidə əsas diqqət süni intellektin məişət cihazlarına tam inteqrasiyasına və ekoloji cəhətdən təmiz enerji həllərinə yönəldilib.
Postxronika.az xəbər verir ki, rəsmi "CES.tech" saytına istinadən, builki tədbirdə səhiyyə texnologiyaları və avtonom idarəetmə sistemləri üzrə rekord sayda yenilik təqdim olunacaq. İştirakçılar növbəti bir il ərzində bazarı formalaşdıracaq əsas trendləri məhz burada müəyyənləşdirirlər.