İranda rejim əleyhinə keçirilən aksiyalar zamanı xəsarət alanlara tibbi yardım göstərən həkimlər kütləvi şəkildə həbs olunur və edam təhlükəsi ilə üzləşirlər.

Postxronika.az xəbər verir ki, insan haqları təşkilatları bu təqibləri hakimiyyətin tibb işçilərinə qarşı apardığı “qisas” kampaniyasının tərkib hissəsi kimi qiymətləndirir. Qəzvin şəhərindən olan cərrah Əlirza Qolçiniyə qarşı ən ağır cəzanı nəzərdə tutan “müharibə” maddəsi ilə cinayət işi açılıb. Məlumata görə, həkim ailəsinin gözü qarşısında amansızcasına döyülərək naməlum istiqamətə aparılıb. ABŞ Dövlət Departamenti isə baş verənləri pisləyərək, tibb işçilərinin dərhal azad edilməsini tələb edib və əks halda Tehranın ciddi nəticələrlə üzləşəcəyini bəyan edib.