"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haland Çempionlar Liqasının 8-ci turunda "Qalatasaray"la görüşdə (2:0) fərqlənməklə növbəti nailiyyətə imza atıb.
Postxronika.az xəbər verir ki, norveçli forvard qitənin ən nüfuzlu turnirində meydana çıxdığı 56-cı matçda vurduğu qolların sayını 56-ya çatdırıb. Bununla da o, əfsanəvi Ruud van Nistelroyun göstəricisini təkrarlayaraq ən məhsuldar oyunçular siyahısında 8-ci pilləyə yüksəlib. Hazırda ondan bir pillə irəlidə 57 qolla almaniyalı Tomas Müller qərarlaşıb. Qeyd edək ki, "şəhərlilər" bu qələbə sayəsində turnirin 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin ediblər.