"Barselona"nın ulduz futbolçusu Robert Levandovski Çempionlar Liqasında növbəti tarixi nailiyyətə imza atıb.
Postxronika.az xəbər verir ki, 37 yaşlı hücumçu "Kopenhagen"lə görüşdə fərqlənməklə turnirdə qapısına yol tapdığı fərqli klubların sayını 40-a çatdırıb. Bununla da polşalı forvard bu göstərici üzrə Lionel Messinin rekorduna şərik olub. O, komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçın 48-ci dəqiqəsində rəqib torunu silkələyib. Siyahıda növbəti pillədə isə 38 komandaya qol vuran Kriştiano Ronaldo qərarlaşıb.