"Tesla" şirkətinin rəhbəri İlon Mask investorlarla görüşdə "Model S" və "Model X" elektromobillərinin istehsalının dayandırılacağını bəyan edib.

Postxronika.az xəbər verir ki, milyarder Kaliforniyadakı zavodun bundan sonra "Optimus" robotlarının yığılması üçün yenidən qurulacağını bildirib. 2025-ci ildə avtomobil gəlirləri 11 faiz azalan şirkət artıq özünü aparat biznesindən daha çox "fiziki süni intellekt" qurumu kimi təqdim edir. Çinli rəqibi BYD-nin gerisində qalan ABŞ nəhəngi 2026-cı ilin sonunadək sözügedən robotların kütləvi istehsalına başlamağı hədəfləyir. Mask bu texnologiyanın şirkət tarixində ən böyük məhsula çevriləcəyinə və iqtisadiyyatı tamamilə dəyişəcəyinə inanır.