"Benfika"nın ukraynalı qolkiperi Anatoli Trubin Çempionlar Liqası tarixində nadir hadisənin müəllifi olub.

Postxronika.az xəbər verir ki, "Real"la görüşdə fərqlənən oyunçu turnirdə qol vuran beşinci qapıçı kimi tarixə düşüb. O, Hans-Yorq Butt, Sinan Bolat, Vinsent Enyeama və İvan Provedeldən sonra bu siyahıya adını yazdırıb. Trubin "kral klubu" ilə matçın 90+8-ci dəqiqəsində standart vəziyyətdən irəli gələrək rəqib qapısına yol tapıb. Bu həlledici qol Lissabon təmsilçisinin ümumi cədvəldə 24-cü yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb.