Moldova martda Müstəqil Dövlətlər Birliyinin (MDB) fundamental sənədlərindən çıxmaq niyyətində olsa da, ölkə üçün faydalı olan sazişlərdə qalmağı planlaşdırır.
Postxronika.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
O bildirib ki, təşkilatdan tam çıxış prosesi bir il ərzində müxtəlif prosedurları əhatə edir və Kişinyov hələlik yalnız az sayda sazişdən imtina edib. Baş katib qeyd edib ki, prosesin başlaması üçün Moldova rəhbərliyindən rəsmi bəyanat daxil olmalıdır.
Xatırladaq ki, Moldova rəsmiləri daha əvvəl ölkənin Avropa İttifaqına inteqrasiya kursunu əsas gətirərək MDB-dən ayrılmaq planlarını açıqlamışdılar, Kreml isə bu qərarın gözlənilməz olmadığını bəyan edib.