Ermənistanın Baş naziri Nikol Paşinyan “qarabağ hərəkatı” adlandırılan mövzunun birdəfəlik bağlanmalı olduğunu yenidən bəyan edib.

Postxronika.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq barədə razılığa gəlib. Onun sözlərinə görə, bu razılaşmadan sonra “Qarabağ hərəkatı” mövzusu artıq gündəmdə olmamalıdır və onun üçün bu məsələ qapadılıb.

“Vətəndaşlara açıq şəkildə demişəm ki, ‘qarabağ hərəkatı’ mövzusu bağlanmalıdır. Ermənistanın baş naziri olaraq mən bu siyasi xəttə sadiq qalacağam. Əgər vətəndaşlar bu siyasətlə razı deyillərsə, onları inqilab etməyə çağırıram”, – deyə Paşinyan vurğulayıb.