Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib.
Postxronika.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsünün avtomobildə yatmasından və qapının açıq olmasından istifadə edərək mobil telefonu gizlicə talayıb.
Araşdırmalar davam etdirilir.