Azərbaycan Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Postxronika.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki , bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi

Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi

Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi

Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi