​İran ordusu hücum, kəşfiyyat və elektron müharibə təyinatlı 1000 ədəd pilotsuz uçuş aparatını inventarına daxil edib.

Postxronika.az "Tesnim" xəbər agentliyinin məlumatına əsasən xəbər verir ki, bu strateji vasitələr hərbi ekspertlər tərəfindən müasir təhdidlər və son döyüş təcrübələri əsasında xüsusi olaraq təkmilləşdirilib. Quru Qoşunlarının komandanı Əmir Hatəmi bildirib ki, yeni texnikalar həm sabit, həm də hərəkətli hədəfləri effektiv şəkildə məhv etmək gücündədir. Bu addım ordunun operativ müdaxilə imkanlarını artırmaqla yanaşı ölkənin müdafiə qabiliyyətini daha yüksək səviyyəyə daşıyır. Yüksək texnologiyalı dronların döyüş qüvvələrinə təhvil verilməsi regiondakı hərbi balans baxımından mühüm strateji gediş hesab olunur. Bununla da rəsmi Tehran ehtimal olunan təhlükələrə qarşı çevik cavab mexanizmini rəsmən möhkəmləndirib.