Avropa İttifaqı (Aİ) çirkli pulların yuyulması riskləri ilə əlaqədar Rusiyanı rəsmən "qara siyahı"ya daxil edib.

Postxronika.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas məlumat yayıb. Qəbul edilən bu qərarın Rusiya bankları ilə aparılan beynəlxalq tranzaksiyaları ciddi şəkildə ləngidəcəyi gözlənilir.

​Kallasın sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər həm də maliyyə əməliyyatlarının xərclərini əhəmiyyətli dərəcədə artıracaq.