ABŞ-nin birinci xanımı Melani Trampdan bəhs edən yeni film Cənubi Afrika kinoteatrlarında yayımlanmayacaq.
Postxronika.az xəbər verir ki, bölgənin aparıcı distribütoru olan "Filmfinity" şirkəti filmi nümayiş etdirməmək barədə qərar qəbul edib. Şirkət rəsmisi bu addımı konkretləşdirmədən "mövcud iqlim" və "son hadisələr"lə əlaqələndirib. Artıq ölkənin iri kino şəbəkələri layihəyə dair məlumatları öz platformalarından tamamilə siliblər.
Qeyd edək ki, "Melania" adlı sənədli film Donald Trampın ikinci inauqurasiyası ərəfəsindəki 20 günü əks etdirir. Ekspertlər bu qərarın arxasında ABŞ və Cənubi Afrika arasında kəskinləşən diplomatik gərginliyin dayandığını ehtimal edirlər.