ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbin proqnozlar verib.
Postxronika.az “APA” ya istinadən xəbər verir ki, dövlət başçısı bu istiqamətdə komandasının ciddi iş apardığını bildirib.
"Səkkiz müharibəni bitirməyimi də daxil olmaqla, heç vaxt belə bir ilk ilimiz olmayıb və düşünürük ki, daha bir müharibəni də sonlandıracağıq. Stiv Uitkoff, Cared Kuşner və hər kəs çox səylə çalışır və düşünürəm ki, bu, tezliklə baş verəcək", - deyə Tramp vurğulayıb.