Hamiləlik dövründə qəbul edilən zülal miqdarı artdıqca, “mTORC1” kimi tanınan gen qrupunun aktivliyi də yüksəlir.
Postxronika.az "Kupe FM" ə istinadən xəbər verir ki, tədqiqatçılara görə, bu genlər burun uzunluğu, burun dəliklərinin eni, yanaq quruluşu və çənə çıxıntısı kimi üz cizgilərinə təsir edərək körpənin üz görünüşündə incə tənzimləmələr yarada bilir.
Ana namizədlərinin daha az zülallı qidalanma rejiminə sahib olması isə balalarda daha incə və daha iti üz xətləri ilə əlaqələndirilir.
Nature Communications jurnalında dərc olunan araşdırmada alimlər ananın qidalanmasındakı zülal səviyyəsinin mTORC1 aktivliyini tənzimlədiyini və bunun embrionların üz cizgilərində kiçik, lakin fərq edilə bilən dəyişikliklərə səbəb olduğunu bildirirlər.
Araşdırma çərçivəsində hamilə siçanlara və balıqlara fərqli pəhrizlər tətbiq edilib.
Bəzi balıq növlərində anaları az zülallı pəhrizlə qidalanan balaların daha uzun və daha incə burunlara sahib olma ehtimalının artdığı müəyyən edilib.