Türkiyə Super Liqası komandalarından ‘’Trabzonspor’’ Umut Nayiri heyətinə qatıb.
Klub bu barədə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
‘’Trabzonspor’’ oyunçuyla 2027-ci ilin iyununa kimi müqavilə imzalayıb.
Qeyd edək ki, ‘’Konyaspor’’ forması ilə çıxış edən Umut Nayir 21 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.