Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxslər ifşa olunub.
Əməliyyat nəticəsində 41 yaşlı Orxan Ağamalı, onun tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan ümumilikdə 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.