"Arsenal"a məxsus olan və hazırda icarə əsasında "Nottinqem Forest"də çıxış edən Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirməyə yaxındır.
Postxronika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, ukraynalı sol cinah müdafiəçisi müqavilə imzalamaq üçün bu gün Amsterdama yola düşəcək. "Ayaks" bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro və Çempionlar Liqasındakı nəticələrə görə əlavə bonuslar ödəyəcək. London klubu ilə sözləşməsi 2026-cı ilin iyununa qədər olan futbolçu cari mövsümdə 10 matçda meydana çıxıb. Əvvəllər "Mançester Siti" və "Ufa"da oynamış təcrübəli oyunçu bu il fərqlənə bilməyib.