Sol cinah müdafiəsini gücləndirmək istəyən "Mançester Yunayted" diqqətini "Ayntraxt Frankfurt"un oyunçusu Nataniyel Brauna yönəldib.

Postxronika.az xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı futbolçunun çıxışını yerində qiymətləndirmək üçün Almaniyaya skautlar göndərib. Yayda komandadan ayrılması gözlənilən gənc istedad üçün Frankfurt təmsilçisinin təxminən 46 milyon avro tələb edəcəyi bildirilir. Bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxan Braun 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Müqaviləsi 2030-cu ilə qədər qüvvədə olan müdafiəçinin real bazar dəyəri isə 35 milyon avro qiymətləndirilir.