Fransanın nüfuzlu "L'Equipe" nəşri PSJ-nin qapıçısı Lukas Şevalyenin Çempionlar Liqasında "Nyukasl"la oyunda (1:1) ehtiyatda qalmasına diqqət çəkib. Həmin görüşdə start heyətdə zədədən yeni qayıdan rusiyalı Matvey Safonov yer alıb.
Postxronika.az xəbər verir ki, Şevalye bu qərardan məyus görünsə də, ruhdan düşməyib və komandadakı güclü rəqabəti anlayışla qəbul edib. Mənbə qeyd edir ki, o, məhz bu yüksək tələblər və rəqabət mühiti üçün Paris təmsilçisinə qoşulub. Cari mövsümdə beş matça çıxan Safonov isə indiyədək qapısında dörd qol görüb və iki dəfə "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.