Tanınmış britaniyalı yazıçı İan MakEvan qanuniləşdirilmiş köməkçi ölümün gələcəkdə demensiyadan əziyyət çəkənlərə də şamil edilməsinin vacibliyini bildirib.
Postxronika.az xəbər verir ki, Londonda keçirilən kitab təqdimatında çıxış edən ədib hazırkı qanun layihəsinin əhatə dairəsinin zamanla genişləndirilməsini dəstəklədiyini açıqlayıb. "Dignity in Dying" təşkilatının himayədarı olan müəllif fiziki və zehni ağrılar içində olan insanların bu seçimdən məhrum edilməməli olduğunu vurğulayıb. O, anasının yaşadığı ağır xəstəlik təcrübəsinə əsaslanaraq, yaxınların çəkdiyi əziyyəti və xəstələrin ləyaqətli vida hüququnu önə çəkib. MakEvan həmçinin sosial medianın uşaqlara mənfi təsiri və iqlim dəyişikliyi kimi qlobal problemlərə toxunaraq, yeni əsərində bu mövzuları işlədiyini qeyd edib.