İspaniyalı mütəxəssis Albert Riera Almaniyanın "Ayntraxt" klubunun baş məşqçisi təyin olunmağa çox yaxındır.

Postxronika.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira sosial şəbəkə hesabında məlumat yayıb. Tərəflərin 2028-ci ilədək nəzərdə tutulan müqaviləni imzalamağa hazırlaşdığı bildirilir. Hazırda Sloveniyanın "Celje" komandasına rəhbərlik edən 43 yaşlı çalışdırıcı əvvəllər Fransanın "Bordo" klubunda da fəaliyyət göstərib. Qeyd edək ki, Frankfurt təmsilçisi Bundesliqada 19 turdan sonra 27 xalla səkkizinci pillədə qərarlaşıb və Çempionlar Liqasında mübarizəni dayandırıb.