Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola düşən növbəti ailələr artıq doğma yurdlarına qədəm qoyublar.
Postxronika.az “AZTV” yə istinadən xəbər verir ki, köç karvanı mənzil başına sağ-salamat çatıb.
"Böyük Qayıdış" proqramı çərçivəsində öz dədə-baba torpaqlarına qovuşan sakinlər böyük sevinclə qarşılanıblar. Onlar üçün inşa edilən yeni evlərin açarları təqdim olunub və ailələr daimi yaşayış yerlərində məskunlaşmağa başlayıblar.