UEFA Çempionlar Liqasında ‘’Pley-off’’ mərhələsinin püşkü atılıb.
‘’Qarabağ’’ bu mərhələdə İngiltərə təmsilçisi ‘’Nyukasl’’ la qarşılaşacaq.
İlk matçlar 17-18 fevralda, cavab oyunları isə 24-25 fevralda keçirələcək.
İlk görüşdə Qarabağ’’ doğma meydanda ‘’Nyukasl’’ ı qəbul edəcək.
Cavab matçı isə İngiltərədə baş tutacaq.
Pley-off mərhələsinin digər cütləri belədir:
‘’PSJ - ‘’Monako’’
‘’Qalatasaray’’ - ‘’Yuventus’’
‘’Real’’ - ‘’Benfika’’
‘’Borusiya Dortmund’’ - ‘’Atalanta’’
‘’Brügge’’ - ‘’Atletiko’’
‘’Budyo Qlimt’’ - ‘’İnter’’
‘’Olimpiakos’’ - ‘’Bayer Leverkuzen’’
Ayaz Zeynalzadə