Danimarka 14 illik fasilədən sonra 2026-cı ildə Şamdakı səfirliyini yenidən açacağını rəsmən elan edib.
Postxronika.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lyokke Rasmussen Kopenhagendə baş nazir Mette Frederiksen və hökumətin digər üzvləri ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Nazir bildirib ki, 2012-ci ildən fəaliyyətini dayandıran səfirliyin yenidən açılması Suriyadakı prosesləri daha yaxından izləməyə imkan yaradacaq.
Rasmussenin sözlərinə görə, bu addım eyni zamanda Suriyadan geri dönüşlər məsələsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, Danimarka XİN rəhbəri 2025-ci ilin noyabrında Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Şamda görüş keçirmişdi.