İranın sabiq spikeri Əli Laricani Amerikan X şirkətində paylaşdığı açıqlamada, Avropa Birliyinin İranın konstitusion hərbi qurumu İnqilab Keşikçiləri Ordusunu “terror təşkilatı” elan etməsini şərh edib.

Postxronika.az xəbər verir ki, Laricani bildirib ki, Avropa Birliyi 2023-cü ildə İran parlamentinin qəbul etdiyi qanunu nəzərə almalı, bu qanuna görə, AB-nin İnqilab Keşikçilərinə qarşı qərarında iştirak edən ölkələrin orduları “terrorçu” hesab olunacaq və bunun nəticələrinə görə məsuliyyət həmin ölkələrin üzərindədir. O, İranın 2019-cu ildə ABŞ-nin İnqilab Keşikçilərini “xarici terror təşkilatı” elan etməsinə cavab olaraq ABŞ ordusunu “terrorçu” olaraq tanıdığını xatırladıb. Laricani vurğulayıb ki, bu addım Avropa ölkələrini ciddi nəticələrlə üz-üzə qoyacaq və Tehran buna hazırdır.